QDTİB-nin prezidenti Azərbaycan hökumətinə təşəkkür edib

QDTİB-nin prezidenti Azərbaycan hökumətinə təşəkkür edib
Siyasət 9

QDTİB-nin (Qara Dəniz Ticarət və İnkişaf Bankı) prezidenti Serhat Köksal çıxışında Bankla uzun illər ərzində formalaşmış möhkəm və etibarlı tərəfdaşlığa görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, o bu barədə fikirlərini Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci illik toplantısında bildirib.

Qurum rəhbəri vurğulayıb ki, Azərbaycan son onilliklər ərzində güclü institutlara, müasir infrastruktura və şaxələndirilmiş istehsal bazasına malik dinamik iqtisadiyyatı olan ölkəyə çevrilib:

"Azərbaycan bu gün yalnız aparıcı enerji istehsalçısı kimi deyil, həm də Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən strateji nəqliyyat və logistika qovşağı kimi mühüm rol oynayır. Bankın Azərbaycandakı fəaliyyəti ölkənin dəyişən iqtisadi prioritetlərinə uyğun olaraq daim inkişaf edib. Bakıda keçirilən illik toplantı yeni tərəfdaşlıqların qurulması, investisiya imkanlarının qiymətləndirilməsi və Azərbaycanın növbəti inkişaf mərhələsinə praktiki dəstək mexanizmlərinin müzakirəsi üçün mühüm platformadır".

Sərhat Köksal təmsil etdiyi qurumun Azərbaycanın davamlı inkişafına töhfə verəcək yeni layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.

Son xəbərlər