Məğlubedilməz qazaxıstanlı boksçu zorlamada ittiham olunub

Məğlubedilməz qazaxıstanlı boksçu zorlamada ittiham olunub
Siyasət 85

Məşhur qazax boksçusu Jankoş Turarov zorlamada ittiham olunub.

BAKU.WS xəbər verir ki, bu barədə məlumat "Zakon.kz" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

“Məhkəmə-tibbi ekspertizası təyin edilib. Hazırda hadisənin bütün hallarının müəyyən edilməsi üçün araşdırma aparılır”, - deyə məlumatda bildirilir.

Turarovun 33 yaşı var. O, boks üzrə yeniyetmələr arasında orta çəki dərəcəsində IBO üzrə hazırkı dünya çempionudur. O, bu titulu 2023-cü ildə, martın 21-də meksikalı Alejandro Menesesi döyüşün 10-cu raundunda texniki nokautla məğlub edərkən qazanıb.

Son xəbərlər