Qazaxıstandan Azərbaycana gətirilən 650 ton soğanın istehlak üçün yarasız olduğu aşkarlandı
28
yan
2021
22:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstan Respublikasında fəaliyyət göstərən “TİMUR” fərdi sahibkar tərəfindən istehsal olunan və Azərbaycan Respublikasına “TechnicAz” MMC tərəfindən idxal olunan 650 ton soğan məhsuluna AQTA müfəttişləri tərəfindən baxış keçirilib.BAKU.WS xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.Bildirilib ki, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.Müayinələr nəticəsində məlum olub ki, məhsullarda nitratın qalıq miqdarı qüvvədə olan texniki normativ aktlarda müəyyən edilən həddən xeyli yüksəkdir və istehlak üçün yararsızdır.Agentlik tərəfindən məhsulların istehlak üçün yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.
Oxşar xəbərlər
Dövlət Gömrük Komitəsindən qalmaqallı qərarla bağlı AÇIQLAMA
Xəbər verildiyi kimi, avqustun 21-də Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsa...