Qazaxıstanda partlayış: Ölən və yaralananlar var - FOTO/VİDEO

Qazaxıstanda partlayış: Ölən və yaralananlar var - FOTO/VİDEO
Foto Video
Siyasət 140

Qazaxıstanın Mangistau vilayətinin Janaozen şəhərində qaz balonu partlayıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı 4 nəfər ölüb.

Ölənlərin bir kişi, iki qadın və üç yaşlı qız uşağı olduğu bildirilir.

Yaralananlardan 8-i uşaq olmaqla 13 nəfər həkimə müraciət edib. Onlardan 6 nəfəri xəstəxanaya yerləşdirilib, 7 nəfər həkim müayinəsindən sonra evə buraxılıb.

Partlayış nəticəsində 3 mənzilə ziyan dəyib.

Hadisədən sonra evdə qaz təchizatı dayandırılıb.

Son xəbərlər