Qazaxıstanda kütləvi iğtişaşlarla bağlı keçmiş Daxili İşlər naziri saxlanılıb

Qazaxıstanın hüquq-mühafizə orqanları 2022-ci ilin yanvarında baş vermiş kütləvi iğtişaşlarla əlaqədar respublikanın keçmiş daxili işlər naziri Erlan Turqumbayevi saxlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
"Qazaxıstan Respublikasının Baş Prokurorluğu 2022-ci ilin yanvar hadisələri ilə bağlı cinayət işlərinin istintaqını davam etdirir. Bu il aprelin 29-da ağır nəticələrə səbəb olan və vəzifə səlahiyyətlərindən sui-istifadə səbəbilə (Cinayət Məcəlləsinin 362-ci maddəsinin 4-cü hissəsi) Cinayət-Prosessual Məcəlləsinin 128-ci maddəsinə əsasən, Qazaxıstanın keçmiş daxili işlər naziri Erlan Turqumbayev saxlanılıb”, - məlumatda deyilir.

Oxşar xəbərlər
Avrasiya mifi dağılır
Qazaxıstanda baş verənlər bu ölkəni Mərkəzi Asiyanın lider dövləti statusundan məhrum etdi. “Rosbalt” yazır ki, Rusiyanın müdaxiləsi zəruri olsa da, bunun mənfi...