Qarakənd faciəsindən 27 il ötür

Qarakənd faciəsindən 27 il ötür
Siyasət 867
Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının ildönümüdür."Report"un xəbərinə görə, Qarakənd faciəsindən 27 il ötür.Hadisə 1991-ci il noyabrın 20-də baş verib.Hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub. Həmin şəxslər bunlardır:Tofiq Kazım oğlu İsmayılov – dövlət katibiİsmət İsmayıl oğlu Qayıbov – baş prokurorMəhəmməd Nəbi oğlu Əsədov – daxili işlər naziriZülfü Saleh oğlu Hacıyev – baş nazirin müaviniVaqif Cəfər oğlu Cəfərov – millət vəkiliVəli Hüseyn oğlu Məmmədov – millət vəkiliOsman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiriQurban Hüseyn oğlu Namazəliyev – nazir müaviniİqor Aleksandiroviç Plaviski – DQMV-nin prokuroruVladimir Vladimiroviç Kovalyov – DQMV-nin Daxili İşlər İdarəsinin rəisiSergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisiNikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantıSanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müaviniMixail Dmitriyeviç Lukaşov – milis general-mayoruOleq Nikoloyeviç Koçerev – polkovnik-leytenantRafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisiAlı Mustafa oğlu Mustafayev – telejurnalistArif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçıFəxrəddin İbrahim oğlu Şahbazov – video-operatorVyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiriGennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvüDmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü.Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gündən sonra onun vurulması faktı təsdiqlənib.Faciədən 27 il ötməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara hələ də aydınlıq gətirilməyib.Erməni separatçıları bu terror aktı ilə özlərinin terrorçu mahiyyətini bir daha sübut etdilər. Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Hazırda isə cinayət işi üzrə istintaq dayandırılıb. Buna səbəb terror aktının baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmasıdır.BAKU.WS

Oxşar xəbərlər

Prezident dəniz nəqliyyatı işçilərinI təltif edib - SİYAHI

Prezident dəniz nəqliyyatı işçilərinI təltif edib - SİYAHI

Prezident İlham Əliyev dəniz nəqliyyatı işçilərinin təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.Sərəncamda qeyd edilir:Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160...

1169 Siyasət 15:54 20 oktyabr 2018

Son xəbərlər