Qarabağın su təchizatı imkanları - VİDEO
Bütün dünyada iqlim dəyişikliyi və onun nəticəsində su qıtlığı ən aktual problemlərdən biridir. Su qıtlığı Azərbaycan üçün də önəmlidir. Sirr deyil ki, ölkənin su ehtiyatları obyektiv coğrafi səbəblərdən daha kasaddır və əsas mənbələr qonşu ölkələrdədir.
BAKU.WS "report"a istinadən xəbər verir ki, azad olunan ərazilərin zəngin su ehtiyatları ölkənin sənayesi və kənd təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb edir.
Sərsəng su anbarı 1976-cı ildə Tərtərçayın üzərində, Ağdərə (hazırda Tərtər) rayonu ərazisində inşa edilib. Onun ümumi sututumu 560 milyon m³, bəndinin hündürlüyü isə 125 m-dir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir.
Sərsəng su anbarının daxil olduğu Ağdərə rayonunun tam azad olunması respublikanın 6 rayonunda (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin etməyə imkan yaradacaq.
Qeyd etmək lazımdır ki, işğal zonasında Sərsəng su anbarından başqa ümumi tutumu 80 mln. m³ olan digər su anbarları da qalıb. Onların da ölkə təsərrüfatına qatılması əlavə 15 min hektar torpaq sahəsinin suvarılmasına şərait yarada bilər.
Bundan əlavə, Cəbrayıl və Zəngilan ərazisində yerləşən Xudafərin su anbarının azad olunması 75 min hektar yeni ərazinin suvarılması və mövcud suvarılan ərazilərin suvarılmasının yaxşılaşdırılması deməkdir. Bu su anbarının həcmi bəzi hesablamalara görə 1.6 mlrd. kubmetrdir.
Həmçinin regionda 11 yeraltı şirin su mənbəyinin yerləşdiyi ehtimal edilir. Digər ölçü ilə bu 1 milyon 968 min m3/gün yeraltı şirin su təchizatı deməkdir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...