Qarabağın işğaldan azad olunan bu şəhəri ölkənin dördüncü böyük şəhəri olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdam Azərbaycanın ən böyük dördüncü şəhəri olacaq.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
O qeyd edib ki, Ağdamda artıq bərpa işlərinə start verilib: “Əlaqələndirmə komissiyası əlaqəli şəkildə birgə iş aparır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında yenidən qurulacaq Ağdam şəhəri ölkənin ən böyük dördüncü şəhəri olacaq”.
Ağdama təşkil olunacaq turla bağlı açıqlama verən Prezidentin xüsusi nümayəndəsi bildirib ki, əslində, bu turlar Ağdama qayıdışın başlanğıcıdır: “Ağdamlılar dədə-baba yurdlarının ermənilər tərəfindən necə dağıdılmasını, həm də gedən bərpa işlərini görəcəklər. Bundan başqa, müxtəlif tədbirlər də nəzərdə tutulub”.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...