“Qarabağdan mənim də səsim gələcək!”- Məşhurlarımız orduya dəstək oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlərdə cəbhədə gedən şiddətli döyüşlərə məşhurlarımız da sosial şəbəkə hesabında dəstək veriblər.
BAKU.WS-in məlumatına görə, işğal olunmuş torpaqlarımız uğrunda gedən döyüşlərdə hərbçilərimiz böyük şücaət göstərərək 7 kəndimizi işğaldan azad edib. Ölkədə böyük coşğu ilə qarşılanan qələbə xəbərləri məşhurların da döyüş əzmini yüksək tutub. Onlar da öz növbəsində cəbhəyə dəstək paylaşımları ediblər.
Xalq artisti Flora Kərimova: “Qarabağdan mənim də səsim gələcək! Allah Azərbaycan əsgərini qorusun!” Xalq artisti Mələkxanım Əyyubova: “Zəfər sənindir, Azərbaycan əsgəri!”Xalq artisti Aygün Kazımova: “Qarbağ bizimdir, Qarabağ Azərbaycandır!”Xalq artisti Faiq Ağayev: “Zəfər ilə yürüş edək biz”.
Müğənni Xatirə İslam: “Azərbaycanın hazırda orduda olan əsgərindən tutmuş generallarına qədər qeyrətli oğlanlarına, düşmənlə bu saat burun-buruna dayanan hər bir qardaşa Allahdan səbr, can sağlığı, möhkəm iradə arzulayıram. Allah sizi öz qanadının altında saxlasın”.
Aparıcı Zaur Baxşəliyev: “Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan ordusu!”
Aktyor Müşfiq Şahverdiyev: “Allah şəhidlərimizə rəhmət eləsin! Siz öz torpaqlarınız uğrunda şəhid oldunuz. Yeriniz cənnətdir. Sizinlə qürur duyuruq, Azərbaycan əsgəri!”
Aparıcı Xoşqədəm Baxşəliyeva: “Xalq sizinlədir, cənab prezident! Bizə bu sevinci yaşatdığınıza görə çox sağ olun. Rəbbim sizi, ordumuzu, igid oğullarımızı qorusun! Qarabağ Azərbaycandır!”
Oxşar xəbərlər
Prezident: Bu gün Azərbaycanın mövqeləri kifayət qədər güclüdür
Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində Azərbaycanın mövqeləri kifayət qədər güclüdür.Dövlətimizin başçısı qeyd edib: “Hörmətli şəh...