Qarabağda yeni iş yerləri: maaş nə qədərdir?
Yeniliklərdən dərhal xəbərdar olun
İnfrastruktur və logistik işlərin aparılması ilə bağlı işğaldan azad edilən ərazilərimizdə artıq özəl sektorda da iş yerləri yaradılıb.
BAKU.WS xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında iqtisadçı alim, millət vəkili Vüqar Bayramov işğaldan azad edilən ərazilərdəki iş yerləri elanında maaşın az olması haqda müzakirələrə münasibət bildirərkən deyib.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə həm dövlət, həm də özəl sektorda iş yerlərinin yaradılması nəzərdə tutulur:
"Füzuli Beynəlxalq Hava Limanının inşaatında 500-dən artıq Azərbaycan vətəndaşı çalışır. Hava limanı istifadəyə verildikdən sonra oradakı iş yerlərində işğaldan azad olunmuş ərazilərin sakinləri işləyəcəklər və onlar heç də az maaş almırlar.
O ki qaldı işğaldan azad edilmiş ərazilərimizdə maaşların daha yüksək olmasının vacibliyi ilə bağlı qənaətlərə, dövlət sektorundakı əmək haqqı tarif cədvəlinə uyğun müəyyənləşib, o baxımdan buradakı əmək haqları respublikamızın digər bölgələrindəki vəzifə maaşlarına uyğundur.
Lakin özəl sektorda çalışanlar daha yüksək əmək haqqı almaq imkanına malikdir. Bizim monitorinqlər də göstərir ki, işğaldan azad olunmuş ərazilərimizdə özəl sektorda çalışmaq istəyənlərin sayı qat-qat çoxdur, bu da birbaşa təminatın və əmək haqqının yüksək olması ilə əlaqədardır".
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...