Qarabağda ilk radionu hansı şirkət açacaq? - RƏSMİ

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.
Qurumdan verilən BAKU.WS-ə məlumata görə, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımının təşkili məsələləri müzakirə olunub. Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə elan olunan müsabiqənin nəticələri açıqlanıb.
Müsabiqə çərçivəsində yeddi iddiaçı Şuraya sənədlərini təqdim edib:
- “Real Təhlil İnformasiya Mərkəzi” MMC;- “Caspian İnternational Broadcasting Company” MMC;- “Balans Studiyası” MMC;- “İNS ÇM” MMC;- “İsti Press” MMC;- “Azad Azərbaycan” Müstəqil Teleradio kompaniyası;- “ARB 24” MMC.
Geniş müzakirələrdən sonra digər iddiaçılarla müqayisədə müxtəlif dillərdə yayım aparmaq üçün üstün imkanlara, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Caspian İnternational Broadcasting Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“CBC FM” radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunub.
Oxşar xəbərlər
ANS Şirkətlər Qrupu Qarabağda radio açmaq İSTƏYİR
Milli Televiziya və Radio Şurasının (MTRŞ) Dağlıq Qarabağ və ətraf ərazilərdə yeni regional radio kanalının açılması üçün elan etdiyi müsabiqədə ANS teleradio ş...
