Qarabağda Ermənistan tərəfdən Azərbaycana qarşı vuruşan terrorçuların haradan gəldiyi məlum olub

Qarabağda Ermənistan tərəfdən Azərbaycana qarşı vuruşan terrorçuların haradan gəldiyi məlum olub
Siyasət 2954

Azərbaycana qarşı vuruşmaq üçün Qarabağa aparılmış PKK terrorçularının Şimali İraqın Süleymaniyyə şəhərindən oraya getdikləri məlum olub.

BAKU.WS oxu.az-a istinadn xəbər verir ki, DHA bu barədə Türkiyənin təhlükəsizlik mütəxəssislərindən və regional mənbələrdən məlumat əldə edib.

Bildirilir ki, Ermənistan tərəfində vuruşan bir çox PKK terrorçusu Süleymaniyyə yolu ilə İrana, oradan da Qarabağa aparılıb.

Ermənistana göndərilən PKK terrorçularının sayının yüzlərlə olduğu, onların Azərbaycana qarşı vuruşduğu və mülki insanları hədəf alan hücumların təşkilini hədəflədikləri bildirilib.

Son xəbərlər