Qarabağda döyüşməyə gələn erməni futbolçu məhv edildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İşğalçı Ermənistan ordusunun itirdikləri hərbçilər arasında futbolçu da var.
BAKU.WS xəbər verir ki, ötən gün Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı məhv edilən erməni hərbçiləri arasında “Şirak” futbol komandasının futbolçusu Qriqoryan İşxan da var.
Qeyd edək ki, düşmən tərəfi rəsmən 633 hərbçinin ölümünü təsdiqləyib.
Onlar arasında həm çağırışçılar, həm də müqavilə əsasında və ehtiyatdan çağırılan hərbçilər var.
Ənənəvi qaydada ermənilər Ermənistandan gəlib Qarabağda xidmət edən hərbçilərin adlarını açıqlayırlar.
Bir qayda olaraq Qarabağda yerləşdirilmiş hərbi birləşmələrdə qulluq edən Qarabağın separatçı sakinləri və xaricdən gələrək işğalçı ordunun tərkibində döyüşən terrorçuların ölümü haqda rəsmi olaraq heç bir məlumat verilmir.
Oxşar xəbərlər
İşğalçı Ermənistan ordusunun daha 29 hərbçisi məhv edildi - SİYAHI
İşğalçı erməni ordusu daha 29 hərbçisinin öldürüldüyünü etiraf edib. BAKU.WS xəbər verir ki, Ermənistan tərəfi məhv edilən hərbçilərinin siyahısını açıqlayıb. V...