Qarabağ və Şərqi Zəngəzur ərazisində balıq buraxılışları və ağacəkmə tədbiri keçirilib - FOTO

Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə 4 may 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman Nazirlikləri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi, “Azərişıq” ASC, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəsmilərinin iştirakı ilə Suqovuşanda balıq buraxılışı tədbiri keçirilib və su anbarına 10 000 çəkikimi balıq körpəsi buraxılıb.
Bu barədə BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Samux Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Aqrar Universitetinin rəsmilərinin və bp-nin regional prezidentinin iştirakı ilə bp-nin “Sweet Gold” layihəsi çərçivəsində arılar üçün yem bazası məqsədilə Samux rayonunun Çobanabdallı kəndi ətrafındakı meşə sahəsində müxtəlif cinsli ağaclar əkilib.
Qeyd edək ki, bp-nin “Sweet Gold” layihəsi çərçivəsində Samux rayonunun Çobanabdallı, Füzuli, Şəmkir rayonunun Dəllər Daşbulaq, Dəllər Cırdaxan kəndlərinin ümumilikdə 315 hektar meşə ərazisində arılar üçün yem bazası məqsədilə ağaclar əkilir.Tədbirin davamı olaraq Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman Nazirliklərinin, Yevlax Rayon İcra Hakimiyyətinin rəsmilərinin, bp-nin regional prezidentinin və rayon ictimaiyyətinin iştirakı ilə Yevlax şəhərində balıq buraxılışı tədbiri keçirilib. Kür çayının Yevlax şəhərindən keçən hissəsinə 90 000 ədəd çəkikimi balıq körpəsi buraxılaraq növbəti dəfə onların təbii artımına, bərpasına dəstək göstərilib.
Qalereya
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...
