Qarabağ regional əhəmiyyətli ekoturizm mərkəzinə çevriləcək - Assosiasiya
Yeniliklərdən dərhal xəbərdar olun
Dağlıq Qarabağ böyük turizm potensialına malikdir.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə heyətinin sədri Samir Dübəndi deyib.
Onun sözlərinə görə, Qarabağ regional əhəmiyyətli, daha sonra dünya əhəmiyyətli ekoturizm mərkəzinə çevriləcək:
"Azad edilmiş ərazilərdə itirilmiş kommunikasiya infrastrukturunun bərpasından sonra biznes üçün, o cümlədən turizmin inkişafı üçün əlverişli mühitin yaradılması planlaşdırılır".
S.Dübəndi bildirib ki, Qarabağda ekoturizm fəaliyyəti yüksək sürətlə inkişaf edəcək:
"Ekoturizm bu ərazilərin gələcəyidir, çünki buralar təbii ehtiyatlarla zəngindir. Bu ərazilərdə həm də müxtəlif növ ekstremal turizm, aqroturizm, yaşıl turizm, piyada gəzintilər, göbələk turları təşkil etmək olar".
Ekstremal turizmin inkişafından danışan Assosiasiya sədri vurğulayıb ki, raftinq, qayayadırmanma, alpinizm və yelkən idmanı növlərinin inkişafı nəzərdən keçirilir.
Oxşar xəbərlər
Qarabağda keçiriləcək turlar üzrə ilk bələdçilər artıq hazırdır - RƏSMİ
“Dağlıq Qarabağda həyata keçiriləcək turların peşəkar səviyyədə təşkil edilməsi üçün Qarabağ üzrə ilk bələdçilər hazırlanır. Artıq ilk 25 nəfər üçün təlimlər ke...