Qarabağda erməni generalın məhv edilməsi xəbəri təsdiqini tapır (VİDEO)
Ermənistan prezidenti Serj Sarkisyan işğal altındakı Azərbaycan ərazilərinə səfər edib.
BAKU.WS-in məlumatına görə, Xankəndinə helikopterlə gələn Sarkisyanın və Ermənistanın müdafiə naziri Seyran Ohanyanın burada separatçı rejimin hərbi rəhbərliyi ilə görüşüb.
Sarkisyan və Ohanyanın qarşılanmasından sonra Xankəndində hərbi şuranın iclası keçirilib. İclasda Ermənistan Silahlı Qüvvələri Baş Qərərargah rəisinin müavini – Qarabağdakı əməliyyatlara cavabdeh olan general-leytenant Movses Akopyan gözə dəyməyib.
Yayılan məlumatlara görə, Akopyan "dördgünlük müharibə" zamanı Azərbaycan ordusunun zərbələri nəticəsində məhv edildiyi bildirilir. Akopyanın iclasda olmaması bu faktı təsdiq edir. Qeyd edək ki, aprel əməliyyatlarından sonra Akopyan separatçı rejimin rəhbərliyi ilə keçirilən heç bir iclasda gözə dəyməyib.
Azərbaycan Müdafiə Nazirliyi aprelin 4-də yaydığı məlumatda Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən Ermənistan silahlı qüvvələrinin komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edildiyini yaymışdı.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.
BAKU.WS
Ermənistan Silahlı Qüvvələri Baş Qərərargah rəisinin müavini Movses Akopyan
Oxşar xəbərlər
Erməni döyüşlərin sirrini açdı: "Bilirdik, amma heç nə edə bilmədik"
"Azərbaycan artıq iki ildir ki, ordusunu çox böyük sürətlə, genişmiqyaslı şəkildə gücləndirir. Azərbaycanın Silahlı Qüvvələri ən son hərbi texnika, silah və sur...