Qalibiyyət zirvəsinə yüksəlişin 44 addımı - ŞƏRH - FOTO

Qalibiyyət zirvəsinə yüksəlişin 44 addımı - ŞƏRH - FOTO
Foto
Siyasət 85

“Prezident İlham Əliyevin gərgin əməyi bizi məğlub xalq obrazından çıxardıb, məğrur xalq kimi dünyaya tanıtdı. Bu, nəinki etiraf edilməli, həm də dönə-dönə qürurla, üzərinə basa-basa, təkrar-təkrar qeyd edilməlidir”

Bu fikirləri tarixi zəfəri şərh edən politoloq Şəbnəm Həsənova BAKU.WS-ə açıqlamasında bildirib:

“Dünya tarixində dahi siyasətçilərin sayı az deyil. Lakin tarix özü də çox azsaylı siyasətçilər yetişdirib ki, müəyyən etdiyi siyasi kurs bir deyil, bir neçə nəslin taleyini, bir dövlətin mövcudluğunun fundamental əsaslarını və gələcək inkişaf strategiyasını müəyyənləşdirsin. Bu baxımdan siyasi nəzəriyyə əsaslı və haqlı olaraq kritik qərarlarda fərdin vacibliyi üzərində dayanır.

Ümummilli lider Heydər Əliyev də şəksiz olaraq Azərbaycan xalqının yetişdirib bəşəriyyətə qazandırdığı dahi siyasətçilərdən biridir. Ulu öndər Heydər Əliyevin dahiliyini hər dəfə sübut edən amil isə 2003-cü ilin prezident seçkilərində xalqa müraciətində dediyi “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” fikirlərinin bu günümüzün hər reallığında yenidən öz təsdiqini tapmasıdır.

Ulu öndər Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən illər ərzində ardıcıl, davamlı, sistematik və effektiv şəkildə tətbiq edilməsinin nəticəsidir ki, haqlı və bir o qədər də fəxarətlə deyə bilirik ki, bizim zəfərimiz təsadüfi zəfər deyil!

Belə ki, dövlət başçımız 44 günlük Vətən savaşına qədər Azərbaycanımızı hərtərəfli güclü edib, xalqımızı bu mübarizəyə mütəşəkkil qaydada hazırladısa, 44 günün başlanğıcında sanki yeni bir güc-qüvvə ilə bütün dünya azərbaycanlılarını öz Dəmir yumruğu ətrafına toplamağı bacardı. Nəinki etiraf edilməli, həm də dönə-dönə qürurla, üzərinə basa-basa, təkrar-təkrar qeyd edilməlidir ki, mövcud dünya reallığında hər dövlət başçısının bunu bacarmadığının əyani şahidi oluruq. Dövlət başçımız hədəfində nə qədər sərrast idisə, xalq da bir an olsun belə onun qərarlarından zərrə qədər belə şübhə etmədi.

44 günlük Vətən savaşının hər anı, dövlət başçımızın məğrur bir sərkərdə obrazı çizməsi, xalqa hər müraciətində həm də dünyaya verdiyi mesajlar Azərbaycan xalqının alnına bilərəkdən, şüurlu şəkildə damğalanmış məğlub imicini qətiyyətlə silirdi.

Orduya yüksək peşəkarlıqla rəhbərlik edən Ali Baş Komandan, həm də siyasi danışıqlara mahir diplomat kimi rəhbərlik edirdi, dünyanın aparıcı media orqanlarına peşəkarlıq dərsi keçən bu dahi siyasətçi, xalqına hər müraciətində uşaqdan-böyüyə hər kəsin qəlbini yenidən və yenidən fəth edirdi.

Bizimlə döyüş meydanında bacara bilməyən Ermənistan havadarlarının da köməyi və dəstəyi ilə Azərbaycana qarşı diplomatik təzyiqlər, ölkəmizin daxilinə sızma cəhdləri edirdilər. Azərbaycan Liderinin çevik və qətiyyətli davranışları bütün çirkli hiylələri yerlə-bir etdi və həmlələrin qarşısını qətiyyətlə aldı.

Nəticədə Ermənistan beynəlxalq aləmdə ciddi təzyiqlərə məruz qaldı və ona kapitulyasiya aktına imza atmaqdan başqa bir variant buraxılmadı. Budur düşməni tərki-silah etmək bacarığı! Vaxtilə Azərbaycanı məhv edə biləcəklərini düşünən qüvvələrə zamanla tarixi bir dərs verdik. Elə bir dərs ki, nəinki mövcud məqamda idarəçilik səlahiyyətinə malik olanlara, onlardan sonra da həmin o səlahiyyətlərə yiyələnə biləcəklərə siqnal kimi bir dərs oldu.

Prezident İlham Əliyevin yürütdüyü siyasət, gərgin əməyi bizi məğlub xalq obrazından çıxardıb, məğrur xalq kimi dünyaya tanıtdı. Ata vəsiyyətini icra edən bir Lider günü bu gün də xalqın ümidlərini doğruldur, çətin və məsuliyyətli işin öhdəsindən layiqincə gəlir.

Dünyanın siyasi mənzərəsi hər kəsə yaxşı məlumdur. O da real faktdır ki, dünyada effektiv siyasət yürütməyi bacaran liderlərin sayı da barmaqla sayılacaq dərəcədədir. Böyük güclərin digər ölkələrə müdaxilə etdiyi və niyə bu müdaxilənin bəzən liderləri dəyişdirmək, institutları yenidən qurmaq və cəmiyyətləri dəyişdirərək deqradasiyaya uğratmaq məqsədi daşıdığı ilə bağlı vacib sualların cavabı da hər kəsə məlumdur.

Dövlətlərin ərazi bütövlüyünə, təhlükəsizliyinə müdaxilə sərt və yumşaq formada tətbiq edilən müdaxilələrlə realizə edilir. Bəzi hərbi müdaxilələr açıq şəkildə hədəf aldıqları dövlətlərin daxili qurumlarını dəyişdirməyə çalışırsa, digərləri bunu etmir, bunun əvəzinə hədəf dövlətin daxili mənzərəsini dəyişdirməyə çalışmaqdır ki, Azərbaycanın hərbi gücü ilə bacara bilməyəcəklərini aydın başa düşən qüvvələr ideoloji baxımdan dövlətimizi sarsıtmağa, cəmiyyətimizi parçalamağa çalışırlar. Belə çətin və mürəkkəb bir şəraitdə Azərbaycan dövlətinin başçısı Vətənimizi yadellilərdən qoruyur, sinəsini xarici təzyiqlərə və təhdidlərə qarşı hələ də sipər edir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev güclü sərkərdədir. Cənab Prezident İlham Əliyev mahir bir diplomatdır və hər şeydən ən alisi və önəmlisi dövlətimizin başçısı xalqının seçdiyi və sevdiyi bir Liderdir. Bütün bunlar isə aksiomdur”.

Son xəbərlər