Qadın intiqam məqsədi ilə maşınla 49 dəfə qırmızı işıqdan keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin Çjentsyan vilayətində “Audi” markalı avtomobil bir neçə gün ərzində 49 dəfə qırmızı işıqda saxlamayaraq yolu keçib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, avtomobilin sürücüsü sürət həddinin aşması kimi çox sayda digər qayda pozuntularına da yol verib.
Hadisəni araşdıran yol patrulu xidmətinin əməkdaşları təəccüblərini gizlədə bilməyiblər.
Məlum olub ki, həmin günlərdə sözügedən avtomobili əsl sahibi deyil, onun keçmiş sevgilisi idarə edib. Xanım avtomobili bir neçə günlük istifadə etmək üçün onun sahibindən icazə alıb və intiqam məqsədilə saysız-hesabsız qayda pozuntuları törədib.
Oxşar xəbərlər
Türkiyəli modelin keçmiş sevgilisi yeni sevgilisini dənizə atdı - VİDEO
Türkiyəli model Şevval Şahinin keçmiş sevgilisi ilə yeni sevgilisi arasında gərginlik yaşanıb. BAKU.WS “ntv.com”a istinadən xəbər verir ki, model sevgilisi - iş...