Putin və Bayden Qarabağdakı vəziyyəti müzakirə edəcək

Putin və Bayden Qarabağdakı vəziyyəti müzakirə edəcək
Siyasət 82

ABŞ və Rusiya prezidentlərinin İsveçrənin Cenevrə şəhərində baş tutacaq görüşündə Qarabağ məsələsi də müzakirə ediləcək.

BAKU.WS xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

O bildirib ki, prezidentlər Moskva və Vaşinqtonu maraqlandıran bütün mövzulara, o cümlədən həll olunmamış ikitərəfli məsələlərə, strateji sabitlik və regional münaqişələrə toxunacaq:

"Görüşün gündəliyində Yaxın Şərq, Suriya, Liviya, İranın nüvə proqramı, Əfqanıstan tənzimləməsi, Qarabağ və Ukrayna məsələləri yer alır", - deyə Yuri Uşakov bildirib.

O həmçinin vurğulayıb ki, Co Bayden və Vladimir Putin strateji sabitlik, COVID-19 və kibercinayətkarlıqla mübarizə məsələləri barəsində fikir mübadiləsi aparacaqlar.

Oxşar xəbərlər

Putin və Bayden arasındakı görüşün ilkin vaxtı açıqlandı

Putin və Bayden arasındakı görüşün ilkin vaxtı açıqlandı

Rusiya prezidenti Vladimir Putinlə ABŞ dövlət başçısı Co Baydenin ilk görüşü iyun ayında baş tuta bilər. Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Rossiy...

210 Siyasət 20:19 25 aprel 2021

Son xəbərlər