Putin: “Ukraynadakı vəziyyətə kənardan müdaxilə olsa, cavabımız sürətli olacaq”
Yeniliklərdən dərhal xəbərdar olun
Əgər Ukraynadakı vəziyyətə kənardan müdaxilə olarsa, cavabımız sürətli olacaq.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
O, Rusiyaya təhlükə yaradılacağı halda, opponentlərində olmayan silahlardan istifadə edəcəklərini bəyan edib.
Rusiya lideri Ukraynadakı hərbi əməliyyatların hədəflərinə çatana qədər davam edəcəyini vurğulayıb.
"Xüsusi əməliyyatın başlanması Rusiyanın başını almış real təhlükənin qarşısını alıb. Opponentlərimizə dünyada Rusiya kimi böyük ölkə lazım deyil", - o deyib.
Putinin fikrincə, Ukraynanı Rusiya ilə müharibəyə kənar ölkələr sürükləyib. O, Qərbin rusofoblara və nasistlərə dəstəyini də yeni geosiyasi silah adlandırıb.
Oxşar xəbərlər
Zelenskinin Baku TV-nin müxbirinə CAVABI: “Azərbaycanın dəstəyini hər zaman hiss etmişik” - VİDEO
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyev metrosunun stansiyalarından birində ölkə və xarici ölkələrin jurnalistləri üçün mətbuat konfransı keçirib. Ba...