Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi

Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi
Siyasət 268

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.

BAKU.WS RİA Novosti agentliyinə istinadən xəbər verir ki, görüşdə 2020-ci ilin sonunda Qarabağda dinc insanların ölümü ilə nəticələnən silahlı münaqişənin baş verməsi, noyabrın 10-da atəşkəs haqqında razılaşmanın əldə olunması, bundan sonra 3 rayonun – Kəlbəcər, Laçın və Ağdamın rəsmi Bakıya qaytarılması və Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi qeyd olunub.

“Bu gün biz Dağlıq Qarabağ nizamlanması ilə bağlı vəziyyəti müzakirə edəcəyik. Mən sülhməramlılarımızın, Fövqəladə Hallar Nazirliyi və sərhədçilərin necə çalışması, beynəlxalq təşkilatlarla bu istiqamətdə əməkdaşlığın hansı formada aparılması ilə bağlı sizin fikirlərinizi dinləmək istəyirəm”.

Xatırladaq ki, yanvarın 11-i Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşündən sonra hər 3 ölkənin baş nazir müavinlərindən ibarət işçi qrupu yaradılıb. Bu qrup martın 1-nə qədər Qarabağın inkişaf planını təqdim etməlidir.

Son xəbərlər