Putin Rusiyanın START müqaviləsində iştirakını dayandıran qanunu imzalayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin “Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”ndə (START-3) iştirakın dayandırılması barədə qanun imzalayıb.
BAKU.WS-in məlumatına görə, "report" bu barədə TASS-a istinadən xəbər verir.
Qeyd edək ki, Putin fevralın 21-də Rusiyanın START müqaviləsindən çıxdığını bəyan edib.
Rusiya Prezidenti bildirib ki, ABŞ Rusiyanın müqavilə ilə bağlı müraciətlərini rədd edir.
ABŞ Prezidenti Cozef Bayden bu qərarı böyük səhv hesab edib.
Müqavilə Rusiya və ABŞ arasında bağlanıb, o, hər iki ölkənin nüvə arsenallarının azaldılmasını nəzərdə tutur.
Oxşar xəbərlər
Putin nüvə silahından istifadə edəcək? - ABŞ və Britaniya kəşfiyyatından HESABAT
Fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir vaxtda Prezident Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı açıqlamaları dünyanı qor...