Bayden: “ABŞ və MAQATE nüvə silahının yayılmaması üzərində işləyir”
“ABŞ Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə birlikdə AUKUS alyansının nüvə silahının yayılmaması standartlarına uyğunluğu məsələsi üzərində işləyir”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Nyu-Yorkda BMT-nin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi tərəflərinin konfransının açılışı ilə bağlı bəyanatında deyilir.
“Biz Avstraliya, Böyük Britaniya və ABŞ-ın üzv olduğu AUKUS tərəfdaşlığının nüvə silahının yayılmaması standartlarına cavab verməsini təmin etmək üçün Beynəlxalq Atom Enerjisi Agentliyi ilə sıx əməkdaşlıq edirik”, - sənəddə bildirilir.
Oxşar xəbərlər
Tehran nüvə obyektlərindəki müşahidə kameralarını söndürür
Tehran öz nüvə obyektlərindəki Beynəlxalq Atom Enerjisi Agentliyinə (IAEA) məxsus və Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsindən kənara çıxan bütün m...