Putin: Paşinyan və İlham Əliyevin səyləri sayəsində İrəvanla Bakı arasında münasibətlər sabitləşib
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyanın və Azərbaycan Prezidenti İlham Əliyevin səyləri sayəsində İrəvan və Bakı arasında münasibətlərin sabitləşməsinə nail olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya lideri Vladimir Putin Kremldə Paşinyanla görüşündə bildirib.
Putin, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında ABŞ Prezidenti Donald Trampın fəal iştirakını xatırladıb.
Rusiya Prezidenti əlavə edib ki, Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasından sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) digər ölkələrin daxili proseslərinə müdaxilə etməməlidir.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...