Putin özünün "Çar" adlandırılmasına etiraz etdi
19
mar
2020
12:26
Rusiya prezidenti Vladimir Putin özünü çar hesab etmədiyini söyləyib.
BAKU.WS xəbər verir ki, bu sözləri o, TASS-ın "Vladimir Putinə 20 sual" layihəsinə verdiyi müsahibə çərçivəsində deyib.
"Çar - oturan, yuxarıdan aşağı baxan və "buradan əmr edirəm, orada bunu edəcəklər" deyən, ancaq papağını geyinib güzgüyə baxan şəxsdir", - deyə Vladimir Putin bildirib.
Rusiya prezidenti əlavə edib ki, bu qədər müddəti ölkəyə rəhbərlik edəcəyi onun ağlına belə gəlməzdi.
Vladimir Putin 20 ildir, yüksək dövlət postlarını icra edib.
Oxşar xəbərlər
Rusiya və Türkiyə arasında iplər qırılır - Nəticəsiz müzakirələr davam edir
Dünən Türkiyə və Rusiya diplomatları Moskvada İdlibdəki mövcud vəziyyəti müzakirə ediblər. BAKU.WS xəbər verir ki, İdlibdə hökumət qüvvələrini dəstəkləyən Rusiy...