Putin Əliyevlə Sarkisyanı görüşdürür
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Ermənistan prezidentləri arasında Rusiyanın təşəbbüsü ilə görüş keçirilə bilər.
BAKU.WS-in məlumatına görə, bu barədə "İzvestiya” qəzeti Rusiya Xarici İşlər Nazirliyindəki mənbəsinə istinadən yazır. Görüşün 2017-ci ilin sonlarına qədər təşkil ediləcəyi bildirilir.
Mənbə qeyd edir ki, Rusiya görüşün təşkil edilməsində əsas vasitəçi olub, çünki Minsk Qrupunun digər həmsədrlərinin Bakı və İrəvanın nümayəndələrini danışıqlar masası arxasına əyləşdirmək cəhdləri uğursuzluqla nəticələnib.
"Konkret olaraq Fransa Bakı və İrəvanı danışıqlar masası arxasına oturtmaq istəyib, lakin bu səylər heç bir fayda verməyib. Bununla belə dialoqun dəstəklənməsi prinsipial əhəmiyyət kəsb edir. Məhz bunun sayəsində regionda tammiqyaslı müharibə alovlanmadı. Lakin tərəflərin məqsədləri və baxışları fərqlidir”, - deyə qəzet XİN-dəki mənbəsinə istinadən yazır.
Saməddin
BAKU.WS
Oxşar xəbərlər
Putindən növbəti Qarabağ həmləsi
Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ABŞ və Fransa prezidentlərinə zəng edəcək. ANS PRESS-in məlumatına görə,...