Putin İlham Əliyev və Paşinyanla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışıqları olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışıqları zamanı Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin işi və əhaliyə humanitar yardımın göstərilməsi ilə bağlı əlavə addımlar müzakirə olunub.
Telefon danışıqları zamanı regionda qarşılıqlı iqtisadi əlaqələrə, həmçinin nəqliyyat-kommunikasiya sisteminin bərpası məsələlərinə toxunulub.
Bundan başqa, V. Putin Azərbaycan Prezidenti İlham Əliyev və N. Paşinyanla Qarabağla bağlı razılaşmanın icrası və Rusiyanın qurumlararası nümayəndə heyətinin 21 noyabrda Bakı və İrəvana baş tutmuş səfərinin nəticələrini də müzakirə edib.
Oxşar xəbərlər
İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib - TAM MƏTN - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. BAKU.WS AZƏRTAC-a istina...