Putin Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək

Putin Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək
Siyasət 68

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıq barədə bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə "Ria.ru" məlumat yayıb.

Peskovun sözlərinə görə, hazırda səfərə hazırlıq gedir, lakin dəqiq tarixlər hələ razılaşdırılmayıb.

Xatırladaq ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarını şəxsən Ankaraya dəvət edib. Bu, iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Qazaxıstanda keçirilən sammiti çərçivəsində onların görüşü zamanı baş verib.

Son xəbərlər