Putin: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən illik mətbuat konfransında Qarabağla bağlı sualı cavablandırıb.
BAKU.WS "RİA Novosti"yə istinadən xəbər verir ki, Putin cavabı zamanı Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu vurğulayıb.
“Beynəlxalq hüquq baxımından bütün bu ərazilər Azərbaycanın ayrılmaz hissəsidir. Bir daha təkrar edirəm ki, Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Bu şərtləri nəzərə alaraq demək istəyirəm ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ da Azərbaycan ərazisidir”, - deyə Rusiya prezidenti əlavə edib.
Oxşar xəbərlər
Ermənistanın məğlubiyyəti və Qarabağın gələcəyi - Sabiq erməni müşavir həqiqətləri açıqladı
Türkiyənin Qarabağ münaqişəsinə Azərbaycan tərəfdən girməsi həm mütəxəssisləri, həm də siyasətçiləri təəccübləndirdi. BAKU.WS xəbər verir ki, hələ sentyabr ayı...