Prezidentin yeni təyin etdiyi nazir müavini kimdir? - DOSYE
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Vüqar Kərimovun Ekologiya və Təbii Sərvətlər nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
BAKU.WS xəbər verir ki, 47 yaşlı yeni nazir müavini buna qədər ETSN-in Aparat rəhbəri vəzifəsində çalışıb.
V.Kərimovun dosyesini təqdim edirik:
“2 aprel 1973-cü ildə Şəki rayonunun Kiş kəndində anadan olub. 1990-1995-ci illərdə Gəncə Dövlət Universitetinin biologiya-kimya fakültəsini bitirib. 1996-1999-cu illərdə AMEA Botanika İnstitutunun aspiranturasını bitirib. 2001-ci ildə Biologiya elmləri üzrə namizədlik dissertasiyasını müdafiə edib.
2000-2007-ci illərdə AMEA Botanika İnstitutunun kiçik, böyük və aparıcı elmi işçi vəzifəsində çalışıb. 2007-2010-cu illərdə AMEA Botanika İnstitutunda Herbari Laboratoriyasının müdiri işləyib. 2008-2010-cu illərdə ARDNŞ-nin Ekologiya İdarəsi, Yaşıllaşdırma Departamentinin rəis müavini və rəisi vəzifəsində çalışıb.
2010-2012-cu illərdə ARDNŞ-in Ekologiya İdarəsinin rəis müavini işləyib. 2010-2016-ci illərdə AMEA Botanika İnstitutunda “Ali bitkilərin sistematikası” şöbəsinin müdiri vəzifəsində çalışıb. 2011-2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə İdarəetməsi fakültəsini bitirib.
2012-2018-ci illərdə ARDNŞ Azərikimya İB-nin icraçı direktorunun Əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini işləyib. 2018-ci ilin iyun ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri təyin olunub.
Botanika və ekologiya sahəsində 25-dən çox elmi məqalənin və 3 kitabın müəllifidir. Yeni nəşr "Azərbaycanın Qırmızı Kitabı" əsərinin həmmüəlliflərindən biridir.
2016-cı ilin sentyabrında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi medalı” ilə təltif edilib.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...