Prezidentin xüsusi nümayəndəsi: “Şuşada məcburi köçkünlər üçün yaşayış massivinin tikintisi davam etdirilir”
Yeniliklərdən dərhal xəbərdar olun
Şuşada bir çox abidələr Ermənistanın işğalı nəticəsində zədələnib, bəziləri tamamilə dağıdılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müharibə başa çatdıqdan dərhal sonra yarımstansiyalar tikilib, bunun sayəsində şəhərə elektrik enerjisi verilib.
"Həmçinin şəhərdə 7 qazanxana tikilərək istiliklə təmin edilib. Bundan əlavə, hazırda məcburi köçkünlərin tezliklə geri qaytarılacağı yaşayış massivinin tikintisi davam etdirilir".
Xüsusi nümayəndə qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ərazilərin işğalı başa çatıb. Müharibə başa çatdıqdan dərhal sonra, o cümlədən Şuşa şəhərində yenidənqurma işlərinə başlanılıb.
Oxşar xəbərlər
Əziz Şuşa, iyirmi doqquz ildən sonra 8 mayı azad qarşılayırsan - FOTO
Azərbaycanın qədim şəhəri olan Şuşa 29 ildən sonra ilk dəfədir may ayının 8-ni azad şəkildə qarşılayır. Uzun illər 8 may tarixini Şuşa şəhərinin işğal günü kimi...