Prezidentin səlahiyyətli nümayəndəsi Əlahiddə Ümumqoşun Orduda olub
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sentyabrın 5-də Əlahiddə Ümumqoşun Ordunun Komanda Məntəqəsinə gələrək məntəqənin fəaliyyəti ilə tanış olub.
BAKU.WS-in məlumatına görə, ona Komanda Məntəqəsinin Döyüşü İdarəetmə mərkəzində döyüş hazırlığının, təlimlərin gedişatı, eləcə də Ermənistan Respublikasının silahlı qüvvələrinin bölmələri ilə təmas xəttində cari vəziyyət haqqında məlumat verilib.
Daha sonra səlahiyyətli nümayəndə Əlahiddə Ümumqoşun Ordunun qərargahına gələrək yaradılmış şəraitlə tanış olub.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...