Prezidentin köməkçisi: "Azərbaycan tezliklə Brüssel formatında keçiriləcək üçtərəfli görüşlərə hazırdır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan tezliklə Brüsseldə Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında keçiriləcək üçtərəfli görüşlərə hazırdır".
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabındakı yazıb.
“Azərbaycan Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin iştirakı ilə aparılan Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında üçtərəfli Brüssel formatını və regional sülh gündəliyini dəstəkləyir. Bu mənada Azərbaycan sülh müqaviləsi daxil olmaqla bir çox sülh təşəbbüslərinin müəllifidir,-deyə o əlavə edib.
Prezident köməkçisi onu da diqqətə çatdırıb ki, Azərbaycan həm də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi və sülh müqaviləsi danışıqları üzrə birbaşa və ikitərəfli dialoqun və danışıqların tərəfdarıdır.
“Fürsətdən istifadə edərək, İspaniyadan olan həmkarlarımızı və dostlarımızı Avropa Siyasi Birliyinin Qranadada keçirilən toplantısının uğurlu təşkili münasibətilə təbrik edirəm və onlara ev sahibi ölkə kimi Ermənistan-Azərbaycan dialoquna töhfə vermək niyyətlərinə görə təşəkkür edirəm”,-deyə H.Hacıyev qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...