Prezidentin köməkçisi: "Atəşkəs rejimi pozulsa Azərbaycan cavab vermək məcburiyyətindədir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Əgər humanitar əsaslarla olan bu atəşkəs rejiminin pozulması istiqamətində Ermənistan tərəfindən təxribatlar davam etdirilərsə, Azərbaycan tərəfi yenə də özünü müdafiə hüququndan istifadə edərək cavab vermək məcburiyyətindədir".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə deyib.
“Bu xüsusda beynəlxalq ictimaiyyətin də, xüsusən də bu təşəbbüslərlə çıxış edən dövlətlərin də aidiyyatı üzrə öz qeydlərini götürməsini çox vacib hesab edirik ki, Ermənistan nəhayət reallığa gətirilmiş olsun”, - H.Hacıyev əlavə edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...