Prezidentin köməkçisi: "Ağdam, Füzuli və Cəbrayıl rayonlarında səhra missiyası həyata keçirilib"
Yeniliklərdən dərhal xəbərdar olun
"Avropa İttifaqı, BMT və Dünya Bankının birgə “Bərpa və Sülh quruculuğunun qiymətləndirilməsi” komandası ilə səmərəli müzakirələr apardıq".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter hesabında bildirib.
"İşğaldan azad edilmiş Ağdam, Füzuli və Cəbrayıl rayonlarında səhra missiyası həyata keçirilib. Azərbaycan Hökumətinin münaqişədən sonrakı yenidənqurma gündəliyinin səylərinə beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir", - H.Hacıyev qeyd edib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...