Prezidentin “general-mayor” ali hərbi rütbəsinə layiq gördüyü hərbçilər - DOSYE
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üç hərbi qulluqçusuna “general-mayor” ali hərbi rütbəsi verilib.
Sərəncamda qeyd edilən hərbçilər polkovnik Fərid Əlibaba oğlu Əliyev, polkovnik Namiq Süleyman oğlu Bayramov, polkovnik Müşfiq Xıdır oğlu Məmmədovdur.
Oxu.Az-ın məlumatına görə, polkovnik Fərid Əlibaba oğlu Əliyev bundan öncə Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
Polkovnik bu ilin yanvar ayında vəzifəsindən istefa verib. F. Əliyev qeyd edilən vəzifəyə 2018-ci ildə təyin olunub, 36 yaşı var.
Məlumata əsasən, Fərid Əliyev Sabunçu Rayonu İcra hakimiyyətinin keçmiş başçısı Əlibaba Əliyevin oğludur. O, hazırda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışır.Prezidentin general-mayor” ali hərbi rütbəsinə layiq gördüyü üç nəfərdən biri - Müşfiq Məmmədov isə Azərbaycanın Ankaradakı səfirliyinin hərbi attaşesidir. O, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Bolqarıstan Respublikasında akkreditə olunmuş hərbi attaşesi vəzifəsini icra edir. O, 2020-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Digər zabitimiz Namiq Bayramov isə 2015-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib. O, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda Hava Hücumundan Müdafiə İdarəsində qərargah rəisi vəzifəsini icra edib.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...