Prezidentin fikirləri dünya mediasının diqqət mərkəzində
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə qeyd olunub ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ötən həftə müsahibəsi zamanı bildirib ki, Azərbaycan yanacağı ermənilərin rifah səviyyəsini yüksəldəcək.
O qeyd edib ki, Azərbaycanın yanacaq tədarükü bazarda qiymətlərin enməsinə və əhalinin maddi vəziyyətinin yaxşılaşmasına səbəb ola bilər.
İsrailin "The Jerusalem Post", "Israel HaYom", "The Times of Israel" qəzetləri, Bolqarıstanın "Dnevnik" nəşri, Yunanstanın "Skai.gr" internet resursu Azərbaycan Prezidentinin Yaxın Şərqdə münaqişələrə dair fikirlərini dərc edib.
Materiallarda qeyd olunub ki, Prezident İlham Əliyev Qəzza zolağına sülhməramlıların göndərilməsi ilə bağlı yayılan yanlış məlumatları təkzib edib və bu xəbərlərin ilk mənbəyi olan ABŞ tərəfinə diplomatik kanallarla 20 sualdan ibarət müraciət çatdırdığını, eyni zamanda bununla bağlı təəssüfləndiyini bildirib.
Oxşar xəbərlər
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
İyunun 15-də ABŞ-nin Nyu-York şəhərində Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta tərəf dövlətlərin 42-ci iclası çərçivəsində Azərbaycanın namizədi BMT...