Prezidentdən Sahil Babayevlə bağlı SƏRƏNCAM
Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyanın həmsədri maliyyə naziri olub. Daha əvvəl bu vəzifəni əmək və əhalinin sosial müdafiəsi naziri icra edib. Qeyd edək ki, Sahil Babayev bir müddət əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilərək maliyyə naziri təyin edilib.
Bundan əlavə, Komissiyanın tərkibinə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini də daxil edilib.
Oxşar xəbərlər
Hüseynzadə və Hamilton Azərbaycan-NATO tərəfdaşlığının perspektivlərini müzakirə ediblər
Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə Alyansın Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi, səfir Kevi...