Prezident: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında Zəngəzur dəhlizi barədə danışıb.
BAKU.WS xəbər verir ki, Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlərin fəal şəkildə davam etdirildiyini bildirən dövlət başçısı Azərbaycanın əsas hissəsində bu layihənin gələn il başa çatacağını vurğulayıb.
Konseptual yanaşmanın Naxçıvan dəmir yolunu Azərbaycan dəmir yollarının tərkib hissəsi kimi görməkdən ibarət olduğunu qeyd edən dövlət başçısı bu marşrut üzrə investisiya yatırmaq, mənfəət əldə etmək və daşıma həcmlərini təmin etmək istəyən maraqlı şirkətlər və ölkələrin iştirakı ilə beynəlxalq konsorsiumun yaradılmasının planlaşdırıldığını vurğulayıb.
"Məlumat üçün bildirmək istəyirəm ki, Ermənistanda da işlər gedir, amerikalı tərəfdaşlarımız bizi bu barədə müntəzəm məlumatlandırırlar. Bizə deyilənlərə görə, Ermənistan ərazisində tikinti ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində başlayacaq. Lakin oradakı məsafə cəmi 42 kilometrdir, Naxçıvan Muxtar Respublikasının ərazisində isə 194 kilometrdir. Bəli, buna görə də işə başladıq, bütün hallarda onu tamamlayacağıq. Amma müxtəlif şirkətlərdən maraq olduğunu bildiyimiz üçün sadəcə məlumat vermək istərdim ki, əgər maraq varsa, təklif olunan konsorsiumda iştirak etmək imkanı mövcuddur", - deyə dövlət başçısı əlavə edib.
Oxşar xəbərlər
Nizami Gəncəvinin dünyanın müxtəlif ölkələrindəki abidələrinin maketləri İlham Əliyevə təqdim edildi
"Yeni Daşkənd"də fəaliyyətə başlayan Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetdə dahi Azərbaycan şairinin dünyanın müxtəlif ölkələrində ucaldılmış abidələ...