Prezident: Pilotsuz uçuş aparatlarını müharibədə məhz birinci biz tətbiq etmişik
Pilotsuz uçuş aparatlarını müharibədə məhz birinci Azərbaycan tətbiq edib.
BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı deyib.
"Bildiyiniz kimi şanlı Vətən müharibəsinin hər bir mərhələsi, hər bir günü öyrənilir, öyrənilib və bir çox beynəlxalq hərbi ali məktəblərində də tədqiq edilir. O cümlədən pilotsuz uçuş aparatlarının tətbiqi. Müharibədə məhz birinci biz bunu tətbiq etmişik. Bu gün müasir müharibələri bunsuz təsəvvür etmək mümkün deyil. Yəni, bunun təməlini biz qoymuşuq və bu gün bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür. Biz bu məhsulları həm xarici bazarlardan tədarük edirik, eyni zamanda, özümüz də bir çox növdən ibarət pilotsuz uçuş aparatlarını istehsal etməyə başlamışıq və bunu davam etdirəcəyik. Burada da təbii ki, Azərbaycan elmi ictimaiyyəti üçün çox böyük fəaliyyət meydançası yaradılır"- prezident qeyd edib".
Oxşar xəbərlər
XİN: UNESCO-nun dekabrın 15-ni Dünya Türk Dilləri Ailəsi Günü elan etməsini alqışlayırıq
Azərbaycan Xarici İşlər Nazirliyi UNESCO-nun dekabrın 15-ni Dünya Türk Dilləri Ailəsi Günü elan etməsi qərarını alqışlayıb. Bu barədə nazirliyin "X" hesabında p...