Prezident Özbəkistanla dörd sazişi təsdiqlədi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında imzalanmış dörd saziş təsdiqlənib.
BAKU.WS xəbər verir ki, bu barədə prezident.az məlumat yayıb.
Prezident İlham Əliyev müvafiq Qanunları imzalayıb. Qərara əsasən “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında” 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış Saziş, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış Saziş, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış Saziş, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış Saziş təsdiq edilib.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...