Prezident MTRŞ-yə 4 milyon manat ayırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.
BAKU.WS xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki ilə və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 4,0 (dörd) milyon manat ayrılıb.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...