Prezident Məleykə Abbaszadə ilə bağlı SƏRƏNCAM imzaladı

Prezident Məleykə Abbaszadə ilə bağlı SƏRƏNCAM imzaladı
Siyasət 696

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev M.M.Abbaszadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Məleykə Mehdi qızı Abbaszadə “Şərəf” ordeni ilə təltif edilsin".

Son xəbərlər