Prezident İlham Əliyevlə Şarl Mişel arasında telefon danışığı olub - YENİLƏNİB

Martın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Söhbət zamanı Cənubi Qafqazda post-münaqişə dövrü, Ermənistan ilə Azərbaycan arasında təmaslar və normallaşma prosesi, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələləri müzakirə edilib.
Dövlətimizin başçısı Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün göstərdiyi səylərinə görə Prezident Şarl Mişelə təşəkkürünü bildirib.
Prezident Şarl Mişel qeyd edib ki, Avropa İttifaqı Cənubi Qafqazda sabitliyi, sülhü və çiçəklənməni dəstəkləməkdə davam edəcək.
Söhbət zamanı, həmçinin Ukraynadakı son hadisələrin inkişafı və bunun Cənubi Qafqazda regional təhlükəsizliyə mümkün təsiri məsələləri də müzakirə olunub.
***16:18
Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
BAKU.WS xəbər verir ki, bunu Ş.Mişel tviter səhifəsində yazıb.
Liderlər regional prosesləri, o cümlədən Cənubi Qafqazdakı durumu və Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Discussed today with @azpresident latest developments in #Ukraine, regional security and the impact of the war on the South Caucasus.
— Charles Michel (@eucopresident) March 14, 2022
This follows my meeting last week also with @NikolPashinyan
The #EU will continue supporting a stable, peaceful and prosperous South Caucasus. pic.twitter.com/7WeWLex17Q
Oxşar xəbərlər
Prezident İlham Əliyev və Şarl Mişel birgə mətbuat konfransı keçirib - VİDEO - YENİLƏNİB
İyulun 18-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbu...
