Prezident İlham Əliyev və Nikol Paşinyanın Brüsseldə görüşü keçiriləcək - Avropa İttifaqı Şurası
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçiriləcək.
BAKU.WS xəbər verir ki, Trend bu barədə Avropa İttifaqı Şurasına istinadən məlumat verir.
Qeyd olunur ki, Ş.Mişel həmçinin ayrı-ayrılıqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.
Bu, tərəflər arasında keçiriləcək üçüncü görüş olacaq. Brüsseldə əvvəlki görüşlər 2021-ci ilin dekabrında, ikinci görüş bu ilin aprelində baş tutub.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...