Prezident İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədr müavini ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədr müavini, Rusiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk arasında görüş keçirilib.
BAKU.WS xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.
Bildirilib ki, 2020-ci ildə koronavirus pandemiyasına baxmayaraq, iqtisadi sahədə əlaqələr inkişaf edib. Bu baxımdan keçən ilin sonlarında Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin Rusiyaya, Komissiyanın Rusiya tərəfindən həmsədri Aleksey Overçukun isə hazırda ölkəmizə səfər etməsi bu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirilib.
Görüşdə 2021-ci ildə Azərbaycan ilə Rusiya arasında iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlıq istiqamətləri müzakirə edilib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...