Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Naxçıvan hava limanında qarşılayıb

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Naxçıvan hava limanında qarşılayıb
Siyasət 2

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı Naxçıvanın Hava Limanında qarşılayıb.

BAKU.WS xəbər verir ki, bu gün 2 ölkə liderləri arasında Naxçıvanda görüş olacaq.

Məlumata görə, dövlət başçıları İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində iştirak edəcək və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışını edəcəklər.

Bundan başqa, Azərbaycan və Türkiyə liderləri Qarabağda lokal antiterror tədbirlərindən sonra erməni separatçılarının tərk-silah prosesini və Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə edəcəklər.

Dövlət başçılarının, həmçinin digər regional və ikitərəfli məsələlər barədə fikir mübadiləsi aparacaqları gözlənilir.

Son xəbərlər