Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Monteneqronun Baş naziri və xarici işlər naziri vəzifəsini icra edən Dritan Abazoviçi qəbul edib.
BAKU.WS xəbər verir ki, Dritan Abazoviç Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünə dəvətə görə təşəkkürünü bildirib və Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb.
Söhbət zamanı Prezident İlham Əliyevin və Baş nazir Dritan Abazoviçin bu il Davosda keçirilmiş görüşü məmnunluqla xatırlanıb.
Görüşdə Monteneqronun Azərbaycan ilə enerji, turizm, investisiyalar və digər sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğu qeyd edilib, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinə dəstəyi vurğulanıb.
***17:01
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Monteneqronun Baş naziri və xarici işlər naziri vəzifəsini icra edən Dritan Abazoviçi qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Oxşar xəbərlər
İlham Əliyevin Bakıda keçirilən beynəlxalq tədbirdəki çıxışının TAM MƏTNİ - YENİLƏNİB - FOTO/VİDEO
İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli...