Prezident İlham Əliyev Dağıstanın rəhbərinə başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı məktubu ünvanlayıb.
BAKU.WS xəbər verir ki, mətndə deyilir:
"Hörmətli Sergey Alimoviç.
Dərbənddə və Mahaçqalada törədilmiş və çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.
Bu ağır itkinin kədərini bölüşərək, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə şəfa tapmasını arzulayıram".
Oxşar xəbərlər
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. BAKU.WS xəbər verir ki, məktubda de...