Prezident İlham Əliyev Sloveniya Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev Sloveniya Prezidenti Nataşa Pirts Musara bu ölkənin milli bayramı – Dövlətçilik Günü münasibətilə təbrik məktubu göndərib.
BAKU.WS xəbər verir ki, dövlətimizin başçısı məktubunda bildirib: "İnanıram ki, Azərbaycan ilə Sloveniya arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir".
Azərbaycan Prezidenti əlamətdar gün münasibətilə sloveniyalı həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...